Luna Garden — dinamik şəhər ritmi şəraitində balanslı və rahat yaşayış mühiti formalaşdırmaq məqsədilə yaradılmış müasir yaşayış layihəsidir. Memarlıq konsepsiyası vizual bütövlüyü və yüksək komfort səviyyəsini təmin edən memarlıq həcmləri ilə açıq məkanların harmonik vəhdətinə əsaslanır.
İctimai zonaların, terras məkanlarının təşkilinə və landşaftın bütövlüyünə xüsusi diqqət yetirilmişdir. Bununla yanaşı, binaların forması, fasad həlləri və material seçimi zamana sığmayan (daim aktual qalan) memarlıq xarakterini formalaşdırır. Luna Garden estetikanı, funksionallığı və keyfiyyətli şəhər mühitini özündə birləşdirən unikal yaşayış formatı təklif edir.