İlandağ SA
İLANDAĞ SA-DAN MİNERA GROUP-A
1996-cı ildə başlayan yol zamanla öz sərhədlərini aşdı.
İlandağ SA illər ərzində böyüdükcə, onunla birlikdə təcrübə, fəaliyyət coğrafiyası, layihələrin miqyası və qarşıya qoyulan məqsədlər də böyüdü. Bir istiqamətdən başlayan fəaliyyət müxtəlif sahələri bir araya gətirən böyük bir sistemə çevrildi.
Bir zaman gəldi ki, artıq mövcud ad bu miqyası ifadə etməyə kifayət etmirdi.
Beləcə, 30 ilin təcrübəsini, qurulanları və gələcəyə olan baxışı vahid kimlik altında birləşdirən *Minera Group* yarandı.
Bu, sadəcə ad dəyişikliyi deyil. Bu, keçmişdən gələcəyə atılan yeni addım, illərlə formalaşan gücün yeni ifadəsidir.
**İlandağ SA bir yolun başlanğıcı idi. Minera Group isə həmin yolun yeni dövrüdür.**
30 İL | 1996–2026
1996-cı ildən başlayan Minera Group-un inkişaf yolu bu gün 30 illik təcrübəni, geniş fəaliyyət sahələrini və müxtəlif istiqamətlər üzrə formalaşmış peşəkar komandaları bir araya gətirir.
Xudaqulu Əhəd oğlu Rzayevin rəhbərliyi ilə şirkət illər ərzində fəaliyyət miqyasını genişləndirərək tikinti və infrastruktur sahəsində mühüm təcrübə qazanmış, yeni istiqamətlər yaratmış və çoxşaxəli şirkətlər qrupuna çevrilmişdir.
Bu gün Minera Group yaşayış kompleksləri və fərdi yaşayış evlərinin inşası, iri infrastruktur layihələrinin həyata keçirilməsi, yol və tunel tikintisi, tikinti və təmir işləri, memarlıq və dizayn xidmətləri, tikinti materiallarının istehsalı, təhsil və konsaltinq sahələrində fəaliyyət göstərir.
Fərqli istiqamətləri bir araya gətirən vahid yanaşma Minera Group-a layihənin ideyasından onun həyata keçirilməsinə qədər geniş imkanlar təqdim etməyə şərait yaradır.
Layihələrimizin Xronologiyası
30 illik inkişaf yolumuzda həyata keçirdiyimiz mühüm layihələr və uğurlarımız.
1996
Təməlin Qoyulması
4 nəfərlik komanda ilə bir konteynerdən başlanmış fəaliyyət.
1997
Ziya Bünyadov prospekti
Ofis binasının inşaası
2007
Molla Cuma və Həsən Əliyev küçələrinin tikintisi
2007 ci il Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev iştirakı ilə açılışı olmuşdur.
2007-2008
YAP-ın Nərimanov rayon binası
2007-2008-ci ildə inşa edilmiş və YAP-ın I müavini Əli Əhmədovun iştirakı ilə açılışı olmuşdur.
2008
1941-1945 ci illərdə həlak olanların əziz xatirəsinə qurulmuş abidə kompleksi
2008 – ci il inşa edilmişdir. Rusiya , Ukrayna, Belarus və digər Keçmiş Sovet Respublikalarının səfirlərinin, Azərbaycan müharibə veteranlarının iştirakı ilə açılışı olmuşdur .
2008
Zərifə Əliyeva adına uşaq bağçası
2008 ci ildə yenidənqurma və təmir işlərinə başlanmış, 2009-cu ildə Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə açılışı olmuşdur.
2008
Respublika Uşaq Psixonevroloji Xəstəxanası
2008 ci ildə binanın tikintisi başlamış, 2009 - cu ildə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılmışdır.
2009
Lermontov - 3 ünvanında yerləşən yaşayış binasının gucləndirilməsi və fasadının yenidən üzlənməsi – 2009 cu il.
2010-2011
F.X.Xoyski 81, 83, 85 ünvanında yerləşən Kaspian yaşayış binalarının əsaslı təmiri və bərpası – 2010 - 2011 ci illər.
2010
Evrika Liseyi
Artıq 15 ildir sabahın liderlərini yetişdirir.
2012
Qaradağ rayon Ələt qəsəbəsi 14 saylı Peşə məktəb
Məktəbin tikintisi və əsaslı təmiri – 2012-ci il.
2012-2013
Fizuli-53 ünvanında yerləşən 9 mərtəbəli yaşayış binasının konstruksiyası gücləndirilməsi və fasadının yenidən işlənməsi.
2012-2013
Fizuli küçəsində yerləşən Qış parkı, yeraltı avtomobil dayanacağı və park. - 2013 cü il Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılışı olmuşdur.
2020-2021
Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün yeni yaşayış məhəlləsində 1512 şagird yerlik məktəb binasının tikintisi.
2020 ci il Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılışı olmuşdur.
2017-2018
Abşeron Logistika Mərkəzində, Tikinti işləri və Dəmir Yolu Yerüstü Körpünün tikintisi
2018 ci il Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılışı olmuşdur.
2017–2020
1.2 ha - 5 binaAzadlıq Bağçalı Evlər
Müasir yaşamın etibarlı ünvanı. Möhsün Sənani küçəsi 37-də yerləşən kompleks müasir şəhərsalma standartlarına uyğun istifadəyə verilmişdir.
16 mərtəbəli binalar, qapalı həyət, geniş yaşıllıq və həm yeraltı, həm də yerüstü parking imkanları ilə sakinlərinə yüksək komfort təqdim edir.
2017-2021
2.2 ha - 8 binaZümrüd Residence
Klassik üslub və rahatlığın vəhdəti. Firuzəyi dam örtükləri və zərif fasad elementləri ilə memarlıq mənzərəsinə xüsusi dəyər qatır.
Kompleksin infrastrukturuna yaşıllaşdırılmış həyət, istirahət köşkləri və təhlükəsiz piyada zonaları daxildir.
2019-2021
Ramana qəsəbəsi ərazisində 1512 məcburi köçkün ailəsi üçün yeni yaşayış məhəlləsində 1200 şagird yerlik məktəb binasının tikintisi
2021 ci il Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılışı olmuşdur.
2020-2021
Binəqədi rayonu, Xocəsən qəsəbəsi ərazisində 810 məcburi köçkün ailəsi üçün yeni yaşayış məhəlləsində 624 şagird-yerlik məktəb binasının tikintisi
2021 ci il Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılışı olmuşdur.
2020-2023
4.5 ha - 3 binaLake City
Koroğlu metrosu yaxınlığında yerləşən Lake City, uzun illər sənaye zonası olan bir məkanı yeni yaşayış konseptinə çevirdi.
Şəhər və göl arasında qurulan memarlıq balansı, geniş açıq sahələr və yaşıllıqla inteqrasiya olunmuş məkanlar onu sadəcə kompleks deyil, yeni həyat modeli etdi.
2021-2026
Bakı Bağları
Şəhər mərkəzində lüks yaşayış. Yəhya Bakuvi və Koroğlu Rəhimov küçələrinin kəsişməsində, əsas infrastrukturlara yaxın yerləşir.
Dayanıqlı tikinti texnologiyaları ilə inşa edilən 18 mərtəbəli binalar, qapalı həyət konsepti ilə yeni nəsil standartlar təqdim edir.
2022-2028
Mayak Residence
Premium həyat standartı. Şəhər mərkəzinə 12 dəqiqəlik məsafədə yerləşən, həm göl, həm də dəniz mənzərəsi olan tək yaşayış kompleksidir.
59 bloklu meqa layihə 30 hektara yaxın ərazini əhatə edir. 21 hektarlıq parkı ilə sakinlərinə yaşıllıqlar içində həyat vəd edir.
2023-2028
3.6 ha - 11 binaBakı Evləri
İnnovativ memarlıq. Özünəməxsus fasad dizaynı və açıq yaşıl terrasları ilə şəhər memarlığına yeni bir nəfəs gətirir.
Geniş qapalı həyətyanı sahəsində basketbol meydançası, uşaq zonaları və zəngin landşaft xüsusi planlaşdırılmışdır.
2026-2029
Luna Garden
Müasir şəhər həyatının tələblərinə uyğun olaraq inşa edilən bu layihə memarlıq estetikası, rahatlıq və funksionallığı vahid konsepsiyada birləşdirir. Zövqlə düşünülmüş memarlıq üslubu, müasir fasad həlli və geniş yaşıllıq sahələri layihəyə xüsusi xarakter qazandıraraq onu şəhərin seçilən məkanlarından birinə çevirməyi hədəfləyir.
Layihənin ətrafında formalaşdırılan abadlıq və landşaft dizaynı sakinlərə şəhərin dinamik həyatından uzaqlaşmadan rahat və xoş mühitdə vaxt keçirmək imkanı yaratmağı nəzərdə tutur. Yaşayış məkanları ilə sosial zonaların harmoniyası gündəlik həyatın daha komfortlu, estetik və funksional təşkili üçün düşünülüb.
Axşam saatlarında xüsusi işıqlandırma ilə fərqli görünüş qazanan yaşayış kompleksi müasir memarlığın zərifliyini və şəhər həyatının enerjisini özündə əks etdirir. Hər bir memarlıq detalında estetik görünüşlə yanaşı, rahat yaşayış mühitinin formalaşdırılması ideyası ön plana çıxır.
2022-2027
Bakı İş Mərkəzi
Bəzi məkanlar sadəcə inşa olunmur, şəhərin gələcəyinə öz imzasını atır.
Fərqli memarlıq üslubu, axıcı xətləri və şüşə fasadlarının yaratdığı müasir görünüşü ilə seçilən bu qeyri-yaşayış layihəsi şəhər məkanına yeni baxış gətirir. Zərif dizaynla funksionallığın vəhdəti burada biznes fəaliyyətinə fərqli atmosfer qazandırır.
Geniş vitrinlər, cəlbedici eksteryer və düşünülmüş məkan həlli kommersiya sahələrinə müasir xarakter verir. Layihənin hər detalı vizual cəlbediciliyi ilə yanaşı, şəhərin dinamik həyatına uyğunlaşan bir mühitin formalaşdırılmasına xidmət edir.